Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Şri-Lanka sahillərində yanan gəminin sahibindən 40 milyon dollar təzminat tələb edir

Şri Lanka mayın 20-də sahillərində alovlanan və iki həftə sonra söndürülən gəminin operatorundan 40 milyon dollar təzminat almaq niyyətindədir.

İnterfaks xəbər verir ki, səlahiyyətli orqanlar zərərin qiymətləndirilməsi üzərində işlərini davam etdirirlər, hazırda tələb olunan məbləğ isə xilasetmə xərclərinin ödənilməsinə yönləndiriləcək.

Xatırladaq ki, Sinqapurda qeydiyyatdan keçmiş "X-Press Pearl" Şri-Lankanın ən böyük şəhəri olan Kolombo sahilindən 18 kilometr aralıda yanıb və hadisə nəticəsində dənizə yüzlərlə ton neft axıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır