

Avropa Birliyi iyulun 1-dən "Covid" sertifikatları tətbiq edəcək
Avropa Parlamenti Avropa Birliyi ölkələrində və Şengen bölgəsində "COVID" sertifikatlarının tətbiqi məsələsini müzakirə edib.
“Seanews.az” xəbər verir ki, müzakirələrə əsasən peyvənd olunan dənizçilərə də "COVİD-19" pasportu veriləcək. Pasport 1 iyuldan Avropa Birliyinin bütün ölkələrində və Şengen zonasında qüvvədə olacaq.
Sertifikat yalnız Avropa Birliyində qeydiyyata alınmış Pfizer, Moderna, AstraZeneca və ya Johnson & Johnson vaksinlərindən biri ilə peyvənd olunmuş dənizçilərə veriləcək.
Üçüncü ölkələrin verdiyi sertifikatların Avropa sertifikatlarının meyarlarına cavab verdikləri təqdirdə tanınacaqları da ehtimal edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır