• Bakı, 2021-06-18,
Seanews
Heyder Eliyev

“Ever Given” gəmisinin saydan  çıxarılmasını əks etdirən video yayımlanıb - VİDEO

Süveyş kanalı administrasiyası  çəkisi 224 min ton olan “Ever Given” konteyner gəmisinin saydan  çıxarılmasını əks etdirən videogörüntünü yayımlayıb.

Üzən vasitənin hərəkətə gətirilməsi üçün 30 min kub metr qum sərf olunub. Ümumilikdə xilasetmə əməliyyatında 11 ədəd liman yedək gəmisi və 2 ədəd güclü dəniz yedək gəmisi iştirak edib.

Xatırladaq ki, cari il martın 23-də, tutumu 20 min TEU olan “Ever Given” konteyner gəmisi Qırmızı dənizdən Süveyş kanalına keçid edərkən saya oturub və bununla da kanal boyunca hərəkəti bir həftəyə yaxın dayandırmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır