

Venesiyada kruiz gəmisi etirazla qarşılanıb
17 aylıq fasilədən sonra Venesiyaya gələn 92 tonluq “MSC Orchestra” kruiz gəmisini şəhər sakinləri narazılıqla qarşılayıblar.
“Seanews.az” xəbər verir ki, sakinlər İtaliya hökuməti tərəfindən aldandıqlarını iddia edirlər. Onlar bildirirlər ki, bu tip gəmilərin şəhərin Müqəddəs Mark meydanı ərazisində lövbər salmağa icazəsi yoxdur.
Sözügedən qadağanın əleyhinə çıxanlar da az deyil. “Böyük gəmilərə hə!” devizi ilə çıxış edənlər əsasən kruiz sənayesindən pul qazanan və bir ildən çoxdur, pandemiya səbəbindən işsiz qalanlardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır