Tayvanda dəniz limanında qəza nəticəsində nəhəng kranlar aşıb - VİDEO
Tayvannın “Qaosyun” dəniz limanında iki gəminin toqquşması nəticəsində yük konteynerlərinin sıxılması nəhəng kranların aşmasına səbəb olub.
APA “Taiwan news”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Onlardan ikisi kranı idarə edən işçilər olub. Hər ikisi kranın kabinəsində sıxılı vəziyyətdə qalıb.
Onların xilas edilməsi iki saatdan çox vaxt aparıb. Limana ciddi ziyan dəydiyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır