Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Yanğın nəticəsində 20-dən çox gəmi məhv olub - VİDEO

Xorvatiyanın Kastela şəhərindəki körpüdə dayanan yaxtalardan birindən başlayan yanğın 20-dən çox gəminin məhvi ilə nəticələnib. 

“Seanews.az” xəbər verir ki, yanğın 5 ədəd dəbdəbəli yaxtanı və 18 ədəd kiçik ölçülü gəmini külə çevirib.

Məlumata görə, yanğın yaxtanın mətbəxində yemək hazırlanan zaman baş verib. Qısa müddətdə alov digər gəmilərə də keçib.

Körpüdəki insanlar yanğını söndürməyə çalışsalar da, külək səbəbindən buna nail ola bilməyiblər.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası bütün gecəni yanğının qarşısını almağa çalışıb. Ertəsi gün alov yenidən güclənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır