Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-13,
Seanews
Heyder Eliyev

Günlərdir yanan gəmi ekoloji dəhşətə səbəb olub

Şri-Lankada 25 ton nitrat turşusu daşıyan gəminin konteynerlərindən birində partlayış olub.

Yanğın səbəbindən paytaxt Kolombo sahillərinə yanaşmaq məcburiyyətində qalan gəminin söndürülməsi bir neçə gündür davam edir.

Şri Lanka Hava Qüvvələri, Bell 212 helikopterlərinin köməyi ilə, söndürmə işlərində 425 kiloqram quru kimyəvi toz istifadə ediblər.

 Gəmidəki neft dağılmalarının qarşısını almaq və təmizləmək üçün bir mütəxəssis qrupunun çalışsa da, gəmi yanmağa davam edərkən dənizə düşən qabların hissələri də sahilə gəlib çatıb.

Yanğın nəticəsində məhv olan gəmi indi ekoloji fəlakətə səbəb olub. Ölkənin populyar turizm məkanı olan Negombo'da sahil xətti külə bənzər bir örtüklə örtülüb. Hazırda Şri Lanka Donanması personalı qoruyucu paltar geyərək çimərliyi təmizləməyə çalışırlar.

Ekoloqlar isə yüzlərlə ton neftin sızması və gəminin batmasının dənizdəki canlıların həyatına mənfi təsir göstərəcəyindən qorxulur. Bu vəziyyətdə balıqçıların da böyük bir kütləsi gəlir itkisinə məruz qala bilər.

Mətbuat


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır