

Nigeriyada göyərtəsində 160 nəfər olan gəmi çevrilib, onlarla insan itib
Nigeriyada 160 sərnişin daşıyan gəminin çevrilməsi səbəbindən onlarla insan itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Kebbi ştatının Nqaski rayonunun yerli hökumət dairəsinin sözçüsü Abdullah Buxari Vara bildirib ki, indiyə qədər yalnız 22 sərnişin sağ tapılıb, bir nəfər ölüb. O qeyd edib ki, hazırda itən şəxslərin axtarışları davam edir.
Qeyd olunub ki, gəmi yalnız 80 sərnişin daşıya bilərmiş.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır