Şri-Lankada təhlükəli yük daşıyan konteyner gəmisində partlayış olub - VİDEO
Mayın 25-də Şri-Lankanın Kolombo limanı yaxınlığında azot turşusu daşıyan «X-Press Pearl» konteyner gəmisində partlayış baş verib. Partlayış beş gün əvvəl gəmidə başlayan yanğını söndürərkən olub.
“Seanews.az” xəbər verir ki, heyət təxliyə edilib. 8 konteyner dənizə düşüb.
Hazırda partlayış nəticəsində dağılmış gəmi sahil xəttindən 50 dəniz mili məsafəyə aparılır. Alovun daha da gücləndiyi ehtimal olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır