Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Rusiyadan İrana gedən gəmi Xəzər dənizində saya oturub

Rusiyanın Həştərxan vilayətinin Olya limanından İranın Əmirabad limanına hərəkət edən “Port Olya-4” yük gəmisi Xəzər dənizinin şimalında saya oturub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi bildirib.

Məlumata görə, hadisə mayın 10-da gecə saatlarında baş verib. Xəsarət alan olmayıb. Gəmi zədələnməyib.

Məlumata görə, gəmi Xəzər dənizinin şimal hissəsində Volqa-Xəzər dənizi nəqliyyat kanalının 155 km-liyində saya oturub. Hazırda ərazidə gəmilərin hərəkəti dayandırılıb. Əlverişli hava şəraitində gəminin çıxarılması ilə bağlı tədbir görüləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır