• Bakı, 2021-05-13,
Seanews
Heyder Eliyev

“Ünvansız kruizlər” proqramı populyarlıq qazanıb

Hazırda dünya kruiz biznesinin üçdə biri Sinqapurun payına düşür. Bu, Sinqapurun yaratdığı “təhlükəsiz səyahət”  layihəsi çərçivəsində həyata keçirilən “ünvansız kruiz” proqramı ilə əlaqədardır.

“Seanews.az” xəbər verir ki, sözügedən proqrama 2020-ci ilin noyabrında start verilib.

Lüks kruiz gəmiləri vasitəsilə həyata keçirilən bu səyahət zamanı gəmilər heç bir limana daxil olmurlar. Səyahət müddəti bir neçə gün çəkir. Səyahətləri yalnız “Royal Caribbean Cruises” və “Genting Cruise Lines” şirkətləri yerinə yetirə bilər.

Sanitar-epidemioloji qaydalara ciddi riayət edilən proqramdan indiyədək 120 minə yaxın insan yararlanıb.

“Royal Caribbean Cruises” şirkəti mövcud proqrama tələbatın artması səbəbindən müddəti cari ilin oktyabrına qədər uzadıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır