Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Aralıq dənizində gəmi batıb

Toqoya məxsus “Dana Trader” adlı gəmi Aralıq dənizində batıb.

“Seanews.az” xəbər verir ki, hadisə zamanı həlak olan və itkin düşən var.

Məlumata görə, hadisə Abu-Kir limanından 15 dəniz mili aralıda, şimal tərəfdə qeydə alınıb. Üzən vasitə İsgəndəriyyədən Beyruta səfər edən zaman qəzaya uğrayıb.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində heyətin 9 nəfər üzvü xilas edilib. Misirin Hərbi Dəniz Qüvvələri bir nəfərin meyitini aşkar edib. İtkin düşmüş daha bir nəfərin axtarışları hazırda davam edir.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır