

“GNG Ocean Shipping” kiçik həcmli 50 yük gəmisi sifariş verib
Çinin “GNG Ocean Shipping” şirkəti LNG ilə işləyən kiçik həcmli 50 yük gəmisi sifariş verib.
“Seanews.az” xəbər verir ki, çay tipli gəmilər “CSSC Guijiang” tərsanəsində inşa ediləcək.
Gəmilərin 25-i 2.000 DWT, 25-i isə 3.000 DWT olacaq.
Üzən vasitələrin ümumilikdə 101 milyon dollara başa gələcəyi və 2022-ci ilin martınadək təhvil veriləcəyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır