Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Belarus neft məhsullarının Rusiya limanlarına çatdırılmasına başlayıb

Martın 5-dən etibarən Belarus neft məhsullarının Rusiya limanlarına çatdırılmasına başlanıb.

“APA-Economics”in məlumatına görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

“Mozır NEZ” ASC Ust-Luqa dəniz limanındakı “Portenergo” MMC terminalına 5 min tondan çox Belarus benzini göndərib. Sözügedən məhsul terminala martın 9-da çatdırılacaq. Martın 6-da “Mozır NEZ”dən məhsulların ikinci partiyası göndərilib – 3,6 min ton benzin Sankt-Peterburqdakı dəniz limanında aşırılacaq.

 Xatırladaq ki, fevralın 19-da Rusiya və Belarus arasında Belarusun neft məhsullarının Rusiya Federasiyasının dəniz limanları vasitəsilə ixracına dair müqavilə imzalanıb. 2021-2023-cü illərdə 9,8 mln. ton mazut, benzin və yağların Rusiyanın Baltikdəki dəniz limanlarında daşınması həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır