

Antarktidada buz şelfindən nəhəng aysberq qopub
Antarktidada Brant buz şelfindən sahəsi 1270 kvadrat kilometr olan buz qopub. Mütəxəssislərin fikrincə, bu, təqribən Sankt-Peterburq şəhərinin sahəsinə bərabərdir.
“Seanews.az” xəbər verir ki, sözügedən şelfdə ötən ilin noyabrında böyük çat yaranmışdı. 2021-ci ilin yanvar ayında həmin çat gündə təxminən 1 km sürətlə şimal-şərq istiqamətinə doğru böyüməyə davam edirdi.
İngiltərənin Uels Universitetindən verilən məlumata görə, aysberqlərin qopub parçalanması normal hadisədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır