• Bakı, 2021-04-16,
Seanews
Heyder Eliyev

Dəniz quldurlarının hücumlarının sayı artıb

Asiyada dəniz quldurlarının hücumlarının sayı artıb. Ötən ilin dekabrında 2 hücum qeydə alınmışdırsa, cari ilin yanvarında bu hücumların sayı 7-ə çatıb.

“Seanews.az” xəbər verir ki, Asiyada Quldurluq və Silahlı Quldurluqla Mübarizə Regional Birliyi (ReCAAP) cinayətkarların heç birinin ələ keçmədiyini bildirib.

Sinqapur boğazının Şərq tərəfində quldurların daha aktiv olduğu bildirilir. Qısa fasilələrlə hücumlar edən quldurlar gəmiyə əsasən maşın şöbəsindən daxil olublar. Bu həmlələrin nəticəsində dənizçilər arasında xəsarət alan olmayıb.

Daha üç quldur hücumu İndoneziyanın və Hindistanın lövbər dayanacaqlarında qeydə alınıb. Bu hücumlar nəticəsində də quldurlar heç bir qənimət əldə etmədən gəmiləri tərk etmək məcburiyyətində qalıblar. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır