Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Yaponiya, ABŞ və Fransa birgə hərbi-dəniz təlimləri keçirib

Yaponiyanın özünümüdafiə dəniz qüvvələri ABŞ və Fransadan olan hərbi gəmilərin iştirakı ilə Kyuşü adası yaxınlığında birgə təlimlər keçiriblər.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın “Hamana” təchizat gəmisi ABŞ-ın “Kertis Vilbur” esminesi və Fransanın “Prerial” gözətçi gəmisinin iştirakı ilə dənizdə təchizat mövzusunda üçtərəfli təlimlərə qatılıb.

Qeyd edək ki, Yaponiya ilə Fransa arasında 2019-cu ildə dənizdə birgə təchizat və qarşılıqlı xidmət barədə müqavilə imzalanıb. Həmin sənəd iki ölkənin silahlı qüvvələrinə qarşılıqlı şəkildə ərzaq, yanacaq və döyüş sursatı təchizatına şərait yaradıb. Dənizdə təchizatla bağlı həmin təlim sənədə əsasən iki ölkə arasında keçirilən ilk təlim olub.

Bildirilir ki, Fransanın gözətçi gəmisi Şimali Koreya tərəfindən bir gəmidən digər gəmiyə yüklərin ötürülməsinin monitorinqini keçirmək üçün fevral ayından Şərqi-Çin dənizinə ezam edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır