Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Kerç boğazında Türkiyə dənizçiləri arasında zəhərlənmə olub, ölən var

Kerç boğazında Türkiyə şirkətinə məxsus gəmidə baş vermiş qida zəhərlənməsi nəticəsində bu ölkənin bir vətəndaşı ölüb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, "April" gəmisinin komandasının səkkiz heyət üzvündən beşi həkimlərə müraciət ediblər. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Gəmi pis hava şəraitinə görə "Qafqaz" limanına yan ala bilməyib.

Türkiyənin Moskvadakı səfirliyi məsələ ilə bağlı Rusiyanın müvafiq orqanları ilə əlaqədədədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır