Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

İran və Yaponiya Urmiya gölünün bərpası üçün daha 3 il əməkdaşlıq edəcək

İran və Yaponiya arasında Urmiya gölünün qurumasının qarşısını almaq üçün əməkdaşlıq haqqında müqavilənin müddətinin daha 3 il uzadılması barəsində sənəd imzalanıb.

AZƏRTAC xəbər verir ki, 7 il əvvəl Urmiya gölünün suyunun qurumasından narahat olan İran hökuməti yaponiyalı mütəxəssislərin xidmətindən istifadə etmək məqsədilə müqavilə imzalamışdı. Müqaviləyə əsasən yaponlar İranın Şərqi və Qərbi Azərbaycan, eləcə də Fars və Xuzistan vilayətlərindəki göllərin vəziyyəti ilə tanış olmalı, onların qurumaması üçün profilaktik tədbirləri həyata keçirməlidirlər.

Qeyd edək ki, yaponiyalı mütəxəssislər Urmiya gölünün qurumasının qarşısını nisbətən alıblar. Göldə suyun çəkilməsi prosesi dayanıb.

Urmiya gölü Şərqi Azərbaycan vilayətinin iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Unikallığı ilə seçilən Urmiya gölünün suyu duzludur. Balıqçılıqla yanaşı, burada duz istehsalı da həyata keçirilir. Gölün ətrafı isə turistlərin sevimli məkanıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır