• Bakı, 2021-02-28,
Seanews
Heyder Eliyev

Dünyanın ilk yelkənli avtomobil daşıyan gəmisi 2025-ci ildə istismara veriləcək

“Wallenius Wilhelmsen” şirkəti “Orcelle Wind” adlı dünyanın ilk yelkənli avtomobil daşıyan gəmisini  2025-ci ildə istismara verməyi planlaşdırır

“Seanews.az” xəbər verir ki, minik və yük avtomobillərinin daşınması üçün nəzərdə tutulmuş gəmiyə 7 min avtomobil yerləşəcək.

Külək enerjisi ilə çalışacaq gəminin uzunluğu 220, eni 40 metr, sürəti 10-12 uzelə bərabər olacaq. Yeni gəminin yelkənlərinin hündürlüyü qatlanmış halda 50, açılmış halda 100 metrə çatacaq.

Məlumata görə, gəmi tullantıların miqdarının 90% azalmasına imkan verəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır