

“Maersk” dünyanın ilk neytral karbonla işləyən konteyner gəmisinə sahib olacaq
“Maersk” gəmilərini neytral karbon yanacağına keçirmək niyyətindədir.
“Seanews.az” xəbər verir ki, şirkət donanmasına neytral karbonla çalışan ilk konteyner gəmisini 2023-cü ildə qəbul edəcək.
2 min TEU tutumlu yeni gəmi metanolla və ya biometanolla çalışacaq. Gəmi bölgələrarası marşrutlardan birində istismar olunacaq
Qarşıya qoyulmuş məqsədləri 7 il qabaqlayan şirkətin bütün gəmiləri ikiyanacaqlı mühərriklərlə təchiz ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır