

Moskvada sualtı qanadlarla təchiz edilmiş sürətli qayıqlar inşa olunacaq
Yeni qayıqları “Mortex” şirkəti inşa edəcək.
“Seanews.az” xəbər verir ki, layihə 418 milyon rubla başa gələcək.
Məlumata görə, layihənin əsas məqsədi qayığın mühərrikinə düşən təzyiqin azaldılmasıdır.
Şirkət ümumilikdə 13 min kvadratmetr sualtı qanadların istehsalını planlaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır