

Arktikanın şərq sektorundan iri tutumlu gəmi ilk dəfə keçid edəcək
Tarixdə ilk dəfə böyük tutumlu yük gəmisi "Kristof De Marjeri" fevralda Şimal dəniz yolunun şərq sektorundan keçid edəcək.
“Seanews.az” xəbər verir ki, sözügedən gəmi səyahətə yanvarın 5-də Sabetta limanından başlayıb.
Üzən vasitə Şimal dəniz yolu ilə şərqə keçidi 11 sutka ərzində buzqıran gəminin köməyi olmadan təhlükəsiz şəkildə başa vurub.
33 nəfərdən ibarət heyətlə üzən “Kristof De Marjeri” gəmisinin mənzil başına çatması fevralın 19-na proqnoz edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır