Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

Konqoda sərnişin gəmisi batıb

Konqo Demokratik Respublikasında gəmi batıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Mai-Ndombe gölündə baş verib.

Gəminin batması nəticəsində 60 nəfər ölüb, yüzlərlə şəxsin axtarışları isə davam edir.

Ölkənin humanitar yardımlar naziri Stiv Mbiyaki bildirib ki, gəmidə 700-dən çox sərnişin olub. 60 nəfərin meyiti tapılıb, 300 nəfər xilas edilib, axtarış işləri davam etdirilir.

Qeyd edilib ki, mövsümi yağışların çox olduğu bu dönəmdə gəmi qəzaları tez-tez baş verir. Səbəb isə gəmilərin köhnə olması və həddindən artıq yük daşımasıdır.

Ölkədə yol infrastrukturu qənaətbəxş olmadığından əhali çay və göllərdən istifadə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır