

“NYK” şirkəti LNG ilə çalışan avtomobil daşıyan gəmilər inşa edəcək
“NYK” şirkəti LNG ilə çalışan 4 ədəd avtomobil daşıyan gəmi inşa edəcək. Çinin “China Merchants Jinling Shipyard” gəmiqayırma zavodunda inşa ediləcək gəmilər 2022-2023-cü illər ərzində istismara veriləcək.
“Seanews.az” xəbər verir ki, yeni gəmilər Avropa - Yaxın Şərq marşrutu üzrə avtomobillərin daşınmasında iştirak edəcəklər.
Gəmilər yeni “WinGD X-DF2.0 iCER” mühərrikləri ilə təchiz ediləcəklər. Bu mühərriklər yanacaq sərfiyyatına qənaət etməklə yanaşı, tullantıların həcmini 50% azaldır. Bundan əlavə, yeni gəmilər hibrid akkumulyator texnologiyası ilə də təchiz ediləcəklər.
İnşa ediləcək gəmilərin uzunluğu 199.9, eni isə 38 metr olacaq. Gəmilərə 7 min ədəd avtomobil yerləşəcək.
Yeni gəmilərin inşası, “NYK” şirkətinin ekoloji gəmilərə keçid planı çərçivəsində həyata keçirilir.