



Qara dənizdə yük gəmisində yanğın olub
Qara dənizdə taxılla dolu "PRINCE 4" gəmisində yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, yanğın maşın şöbəsindən başlayıb və daha sonra gəminin digər hissələrinə yayılıb.
Hadisə zamanı gəmidə 19 heyət üzvü olub. Onlar təxliyyə olunmaq istəməyib, yanğının söndürülməsində iştirak ediblər.
Gəminin Nikolayevdən Süveyş kanalına doğru üzdüyü bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır