

“MV Mozart” gəmisinin dəniz quldurları tərəfindən girov götürülmüş heyət üzvləri xilas edilib
Yanvarın 23-də Nigeriya sahillərində “MV Mozart” gəmisinin dəniz quldurları tərəfindən girov götürülmüş 15 heyət üzvü xilas edilib.
Türkiyə vətəndaşları olan heyət üzvlərinin sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilir. Onların yaxın iki-üç gün ərzində İstanbula gətiriləcəkləri gözlənilir.
Xatırladaq ki, yanvarın 23-də “MV Mozart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Gəminin mühəndisi olmuş həmyerlimiz Fərman İsmayılov hadisə zamanı qətlə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır