

Təkərlər yelkənli gəmi vasitəsilə daşınacaq
Fransanın “Michelin” şirkəti istehsal etdiyi təkərləri yelkənli gəmi vasitəsilə daşıyacaq. Şirkət bu məqsədlə “Neoline” şirkətinə iki yelkənli gəmi inşasına dair sifariş verib.
“Seanews.az” xəbər verir ki, yelkənlərinin sahəsi 4.2 min kvadratmetr olan gəmilərin tullantısı digər gəmilərə nisbətən 90% az olacaq. İnşa ediləcək yelkənli gəmilər Kanada – Fransa və ABŞ – Fransa marşrutları üzrə hərəkət edəcək.
Gəmilər 2023-2024-cü illərdə istismara veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır