

Qvineya körfəzində “Sea Phantom” adlı tankerə hücum olub
Dəniz quldurları “Sea Phantom” adlı tankerə hücum ediblər.
“Seanews.az” xəbər verir ki, hadisə fevralın 8-də, saat 23:30-da Qvineya körfəzində gəmi Lomedən (Toqo) Dualuya (Kamerun) üzən zaman baş verib.
Xüsusi otağa toplaşan heyət üzvləri həyəcan siqnalı çaldığından quldurlar gəmini əliboş tərk etmək məcburiyyətində qalıblar.
Məlumata görə, 2021-ci ilin əvvəlindən sözügedən ərazidə üzən doqquz gəmiyə hücum qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır