

Yaponiyada sualtı qayıqla ticarət gəmisi toqquşub
Fevralın 8-də Yaponiyada, Koçi prefekturası sahillərində Müdafiə qüvvələrinə məxsus sualtı qayıqla ticarət gəmisi toqquşub.
"Seanews.az" xəbər verir ki, Baş nazir Yoşihide Suqa kommersiya gəmisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlərin görülməsi və əhalinin hadisə ilə bağlı operativ məlumatlandırılması barədə göstəriş verib.
Məlumata görə, nə sualtı qayıq, nə də kommersiya gəmisi ciddi ziyan görüb.
Hadisə ilə əlaqədar Baş nazirin tapşırığı ilə xüsusi böhran qərargahı yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır