

Gəmi fırtına səbəbindən qəzaya uğrayıb
Norfolkdan (Virciniya) Bizertuya (Tunis) səfər edən “Giulia 1” quru yük gəmisi fırtınaya düşüb.
“Seanews.az” xəbər verir ki, Filippin vətəndaşlarından ibarət olan heyətin bir üzvü həlak olub, üçü isə ağır xəsarət alıb.
Hadisə səbəbindən gəmi səfərini təxirə salaraq Qalifaksa (Yeni Şotlandiya) üzmək məcburiyyətində qalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır