Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Qvineya körfəzi dünya dənizçiləri üçün ən təhlükəli yer kimi qalmaqda davam edir

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) Dənizçilər Bölməsi Qvineya körfəzində dənizçilərin daha çox öldürülməsinin qarşısınının alınması üçün hökumətləri təcili tədbirlər görməyə çağırıb. 

“Seanews.az” xəbər verir ki, Federasiyanın Dənizçilər Bölməsinin koordinatoru Fabrisio Barsellona Qərbi Afrika ətrafında ticarət əlaqələrini qorumaq üçün qəti addımların atılmalısının, dəniz quldurlarının qarşısının alınmasının vacibliyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyəyə məxsus “Mozart”  gəmisinə hücum nəticəsində heyətin 15 nəfər üzvü girov götürülüb, bir nəfər ağır yaralanıb, Fərman İsmayılov adlı azərbaycanlı dənizçi isə qətlə yetirilib. Türkiyə prezidentinin administrasiyası girov götürülmüş dənizçilərin xilas edilməsi üzrə müvafiq tədbirlər görüləcəyini açıqlayıb.  Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası Türkiyənin bu addımını müsbət qiymətləndirib və Qərbi Afrika hökumətlərini sahillərində daha çox dənizçinin ölümünü dayandırmaq üçün tədbirlər görməyə səsləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır