Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

IMO baş katibi Kitak Lim  “MV Mozart” gəmisi barədə danışıb

Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Kitak Lim dəniz quldurlarının “MV Mozart” gəmisinə hücumu və bu hücum nəticəsində bir Azərbaycan vətəndaşının ölümü, 15 Türkiyə dənizçisinin qaçırılmasına münasibət bildirib.

“Seanews.az” xəbər verir ki, o, açıqlamasında hücumdan təəssüfləndiyini bildirib.

“Bir dənizçinin həyatını itirməsi ilə nəticələnən pirat hücumu bizi dərindən kədərləndirdi. Qaçırılan bütün dənizçilərin ailələrinə üzüntülərimi çatdırıram.”

Kitak Lim qeyd edib ki, bu, ticarət gəmiçiliyinə qarşı son dərəcə ciddi hücumdur.

O, hadisələrin gedişini yaxından təqib etdiklərini və tərəfdaşlarla birgə bu cür halların yaşanmasını önləmək üçün çalışdıqlarını deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır