Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Türkiyədə modernləşdirilmiş yük gəmisi istismara verilib

Yanvarın 23-də Türkiyənin “Gisan Shipyard” gəmiqayırma zavodunda “Gelmond 2” adlı çoxfunksiyalı quru yük gəmisi modernləşdirilərək istismara verilib.

“Seanews.az” xəbər verir ki, adı çəkilən gəminin uzunluğu “RSD04LG” layihəsi üzrə 25.35 metr artırılaraq, dedveyti 2020 tona çatdırılıb.

"Gelmond 2" gəmisi 2008-ci ildə Tuzla (Türkiyə) şəhərində, Dəniz Mühəndisliyi Bürosunun layihəsinə əsasən Çeksan gəmiqayırma zavodunda inşa edilib.

Gəminin həcminin artırılmasında əsas məqsəd, onun Azov və Xəzər dənizlərindəki limanlara rahat daxil ola bilməsidir.

Gəminin hazırki uzunluğu 115.2, eni isə 15.6 metrdir. Gəminin heyəti 9 nəfərdən ibarətdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır