Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Dünyada ilk dəfə maye hidrogen qəbul etmək üçün terminal inşa edilib

“Kobe LH2” adlı yeni terminalın sifarişçisi “HySTRA” (Hidrogen Enerji Təchizatı Zənciri Araşdırma Dərnəyi) şirkətidir.

“Seanews.az” xəbər verir ki, hazırda terminalda sınaq əməliyyatları aparılır. Nəticələrə əsasən, beynəlxalq hidrogen enerji təchizatı zəncirinin nümayiş sınaqları və mayeləşdirilmiş hidrogenin Avstraliyadan Yaponiyaya nəqli başlayacaq.

Yeni terminalda həcmi 2,5 min kubmetr olan mayeləşdirilmiş hidrogen üçün anbar mövcuddur. Bundan əlavə, qurudakı qurğular və gəmilər arasında mayeləşdirilmiş hidrogenin mübadiləsi üçün xüsusi hazırlanmış yükləmə sistemi də quraşdırılıb. 

“Kobe LH2” terminalında aparılan ilk sınaqlar terminalın yüksək istilik izolyasiyasını və funksional dayanıqlığını sübut edib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır