

Murmanskda balıqçı gəmisi qəzaya uğrayıb
Murmansk əyalətindəki gəmiqayırma zavodunda “Briz” adlı balıqçı gəmisi qəzaya uğrayıb.
“Seanews.az” xəbər verir ki, gəminin bir hissəsi suya batıb.
Gəminin batma səbəbləri və digər təfərrüatlar məlum deyil.
Murmansk əyalətinin nəqliyyat prokurorluğu hazırda hadisə yerində əməliyyat keçirir.
Hadisə nəticəsində xəsarət alan yoxdur və ətraf mühitə heç bir ziyan dəyməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır