

Antarktidada əriyən aysberqlər dünyanı yeni buz dövrü ilə üz-üzə qoya bilər
Antarktidada əriyən aysberqlər zəncirvari bir reaksiyaya səbəb ola bilər ki, bu da Yer kürəsini yeni buz dövrü ilə üz-üzə qoyacaq.
APA xəbər verir ki, bu barədə “Daily Mail” Kardiff Universitetinin tədqiqatçılarının məlumatlarına istinadən yazır.
Alimlər əriyən aysberqlərin tədricən təmiz suyun Atlantik okeanına axdığını qeyd edirlər. Bu proses dünya okeanının sirkulyasiyasında dəyişikliklərə səbəb olur ki, nəticədə dünyanı yeni bir iqlim soyuması təhlükəsi gözləyə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, aysberqlərin əriməsi ilə okeanların dövriyyəsi arasında əlaqə son 1,6 milyon il ərzində hər buz dövrünün başlanğıcında mövcud olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır