Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Yaponiya Hind okeanında saya oturan gəminin Mavrikiya iqtisadiyyatına vurduğu ziyanı araşdıracaq

İyulda Hind okeanında saya oturan və yanacaq sızması baş verən gəminin vurduğu ziyanı qiymətləndirmək üçün Yaponiya hökuməti Mavrikiyaya xüsusi heyət göndərəcək.

"Seanews.az" xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yük gəmisinin Mavrikiya iqtisadiyyatına vurduğu ziyanı qarşılamaq üçün yeni yardım paketi hazırlamaq üçün xüsusi komitə yaradılıb. Komitənin tərkibinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin işçiləri də daxil olacaq. Heyət iki ay müddətində fəaliyyət göstərəcək.

Çindən yola çıxan Sinqapur üzərindən Braziliyaya gedən gəmi 25 iyulda rifə çırpılaraq saya oturmuşdu. Hadisə zamanı gəminin içərisində 3800 ton mazut, 200 ton dizel yanacağı olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır