Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Liviya bütün neft limanlarının fəaliyyətini bərpa edir

Liviyanın Milli Neft Korporasiyas ölkənin ən böyük ixrac terminalı olan “Es Sider”in şərq limanlarında və “Ras Lanuf”dakı fors-major vəziyyətin ləğv edildiyini açıqlayıb. 

"Seanews.az" xəbər verir ki, ölkədə  uzun müddətdir davam edən vətəndaş müharibəsində iştirak edən xarici döyüşçülərin bölgəni tərk etməsi ilə aylardır dayandırılan istehsal əməliyyatları yenidən təhlükəsiz şəraitdə başlayıb.

Korporasiya ölkədə neft limanlarının yenidən fəaliyyətə başlaması ilə qarşıdakı 4 həftə ərzində gündəlik neft istehsalının 1 milyon barreldən çox olacağını bildirib.

Xatırladaq ki, keçən həftələrdə Liviyanın Milli Neft Korporasiyası ölkənin qərbindəki “Sharara” neft yatağında fors-major vəziyyəti aradan qaldıraraq hasilatın bərpasını tapşırıb. Bildirilir ki, general Xəlifə Haftarın tabeliyindəki “Neft Obyektləri Mühafizəçiləri” adlı silahlı qruplaşma ilə əldə olunan razılaşmadan sonra yataqdakı fors-major vəziyyət ləğv edilib.

“Sharara” neft yatağında iyun ayında fors-major vəziyyət aradan qaldırılmış və yenidən hasilata başlandığı elan edilmişdi. Lakin Haftarın tabeliyindəki milislərin yaratdığı maneələr səbəbindən istehsal qısa müddətdən sonra dayandırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır