• Bakı, 2020-10-26,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük gəmilərindən biri qəzaya uğrayıb - VİDEO

İspaniyada dünyanın ən böyük konteyner gəmisi hesab edilən “MSC MİA” konteyner kranı ilə toqquşub.

“Seanews.az” xəbər verir ki, hadisə gəmi konteyner terminalından çıxan zaman baş verib.

Qəza nəticəsində kran yararsız hala düşüb, krançı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“MSC MİA” gəmisi lövbər dayanacağına yerləşdirilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır