Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Kruiz şirkəti koronavirusla mübarizə aparan tibb işçilərinə endirimli səyahət təklif edir

“MSC Cruises” koronavirus pandemiyasıyla mübarizə aparan tibb işçilərinə və onların ailələrinə endirimli gəmi səyahəti proqramı təklif edir.

“Seanews.az” xəbər verir ki, bu təklif səhiyyə işçilərinin fədakarlığı qarşılığında onlara təşəkkür etmək məqsədi daşıyır.

Şirkətin İdarə Heyətinin rəhbəri Pierfrancesco Vago  deyib ki, tibb sahəsində çalışanlar haqq etdikləri tətilə hazır olduqları zaman onları gəmidə qarşılamağı dörd gözlə gözləyirik.

Endirimli (50% və daha çox) ”Təşəkkür edirik” adlı səyahət proqramı 31 avqustda satışa çıxarılıb və 2021-ci ilin sonunadək bütün “MSC Cruises” səfərləri üçün keçərli olacaq.

Tibb işçiləri www.msccruises.com.tr saytını ziyarət edərək kruiz səfəri barədə ətraflı məlumat ala bilərlər.  

Qeyd edək ki, koronavirusla əlaqədar martda fəaliyyətini donduran “MSC Cruises” 16 avqustda 7 gecəlik proqramla “MSC Grandiosa” gəmisi ilə yenidən dənizlərə qayıdıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır