Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Riqa limanında “ağıllı” kran istifadəyə verilib

Riqa Limanındakı “Baltic Container” terminalında smart  “Quay Crane Automation” sistemi ilə təchiz edilmiş yeni konteyner kranı istifadəyə verilib. Bu sistem gəmi yüklənməsinin səmərəliliyini artırmaqla yanaşı, sahildəki işlərin təhlükəsizliyini təmin etməyə də imkan verir.

“Seanews.az” xəbər verir ki, yeni kran daha güclü olmaqla yanaşı, həm də kifayət qədər sürətlidir. Kranı idarə edən yeni “ağıllı” sistem yüklənmə zamanı yüklərin və heyətin təhlükəsizliyini də təmin edir.

Kran “SANY Marine Heavy İndustry” şirkətinin sifarişilə Çində istehsal edilib. Cari ilin mayında Riqa limanına gətirilən kran Çin mütəxəssislərinin iştirakı ilə quraşdırılıb və tənzimlənib.

Ümumi çəkisi 870 ton olan kranın yükqaldırma qabiliyyəti 60 ton, tam hündürlüyü 98.5, eni isə 27 metrdir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır