Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Yeni konteyner gəmilərinin sifarişlərinin həcmi tarixi minimuma enib

İyulda konteyner gəmilərinin inşası üçün sifarişlərin həcmi tarixi minimuma enərək 2,2 milyon TEU olub. Bu da dünya konteyner donanmasının ümumi həcminin 9,4%-ni təşkil edir.

"Seanews.az" xəbər verir ki, tutumu 15-18 min TEU olan konteyner gəmilərinin sifarişində xeyli azalma olub, tutumu 4-10 min TEU olan konteyner gəmilər isə ümumiyyətlə sifariş olunmayıb. 10-15 min TEU  tutumuna malik konteyner gəmilərinin sifarişi isə 2 milyon TEU-nu ötüb. Bundan başqa, meqa-konteyner gəmiləri sifariş etməyi planlaşdıran iri gəmiçilik şirkətləri hazırda sifarişlərini qeyri-müəyyən müddətə təxirə salıblar. 


2008-2009-cu illərdəki iqtisadi böhrandan sonra konteyner gəmilərinin sifarişi sabit səviyyədə qalaraq ildə 4 milyon TEU təşkil edirdi.  2018-ci ilin iyulunda sifarişlərin həcmi 2.84 milyon TEU-ya qədər azaldı. 2016-cı ilin iyulunda bu göstərici 3.55 milyon TEU idi.

Konteyner gəmilərinin sifarişi azaldığından mövcud sifarişlərin icrasının təhvil müddəti də qısalıb. Bu səbəbdən hazırda inşa olunan konteyner gəmilərinin 2022-ci ilin əvvəlində təhvili planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır