Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Mavritaniyada okeana neft sızıntısına görə ekoloji fövqəladə vəziyyət elan olunub

Mavritaniya sahillərində saya oturan “MV Wakashio” adlı gəmidən okeana neft sızması ilə bağlı ölkədə ekoloji fövqəladə vəziyyət elan olunub.

“Seanews.az” xəbər verir ki, bu barədə Mavritaniyanın Baş naziri Pravind Jugnauth “Twitter”də paylaşım edib.  Ölkəsinin saya oturan gəmilərlə bağlı təcrübəsinin olmadığını deyən P. Jugnauth Frsansadan kömək istəyib.

Fransa prezidenti Emmanuel Makron Jugnauthın “Twitter”dəki paylaşımına reaksiya verərək qeyd edib ki, bioloji müxtəliflik təhlükə altındadırsa, təcili tədbir görülməlidir. Fransa Mavritaniya xalqının yanındadır.

Qeyd edək ki, Yaponiya şirkətinə məxsus “MV Wakashio” gəmisi iyulun 25-də 4.000 ton yanacaqla saya oturub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır