Banqladeşdə qayığın aşması nəticəsində 17 nəfər ölüb
Banqladeşdə motorlu sərnişin qayığının çevrilməsi nəticəsində 17 nəfər ölüb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Banqladeşin şimal-şərqindəki Netrokona rayonunda baş verib.
Hadisə baş verən zaman qayıqda 48 nəfər olub. Onlardan 30-u xilas ola bilib, 1 nəfər itkin düşüb.
Qəza yerinə xilasedicilər cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır