• Bakı, 2020-08-12,
Seanews
Heyder Eliyev

İndoneziya hökuməti Bali adasının turistlər üçün mərhələli şəkildə açılmasını dəstəkləyir

İndoneziya Prezidenti Coko Vidodo Bali adasının turistlər üçün mərhələli şəkildə açılması layihəsini dəstəklədiyini bildirib. Layihə, eyni zamanda, sentyabrdan etibarən adanın əcnəbilər üçün açılmasını nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti İndoneziya Prezidenti Administrasiyasının nümayəndəsi Ari Dvipayyana istinadla məlumat yayıb.

Xatırladaq ki, adanın istifadəsi üçün ilk mərhələ iyulun 9-da başlanıb. Həmin vaxt adadakı görməli yerlər və çimərliklər yerli turistlər üçün açılıb. İyulun 31-dən başlayacaq ikinci mərhələ İndoneziyanın digər ərazilərində yaşayanların adaya gəlməsinə icazə verilməsini nəzərdə tutur. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Bali adası sentyabrın 11-dən etibarən əcnəbi turistləri qəbul edə bilər.

Qeyd edək ki, son məlumatlara görə, İndoneziyanın bu əyalətində təqribən 3300 nəfər koronovirusa yoluxub, onlardan 2700-ü sağalıb. Həmin xəstəlikdən 48 nəfər ölüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır