

Nigeriyada "Preyor 1" adlı tankerin üç heyət üzvü qaçırılıb
Nigeriyanın şərqindəki Opoba çayında Nigeriya bayrağı altında üzən “Preyor 1” tankerinə dəniz quldurları hücum edib.
“Seanews.az” xəbər verir ki, hücum nəticəsində tankerin üç nəfər heyət üzvü qaçırılıb. Qaçırılanların kapitan, baş mexanik və aşpaz olduğu bildirilib.
İddiaya görə, hücumu daxili su yollarında işləyən yerli qruplar təşkil edib.
“Preyor 1” gəmisi hadisə zamanı Laqos əyalətindən Kalabara doğru gedirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır