Seyşel Adaları gələn il də turist gəmilərinin fəaliyyətinə icazə verməyəcək
Seyşel Adaları Respublikası koronavirus səbəbindən 2021-ci ildə də turist gəmilərinin fəaliyyətinə icazə verməyəcək.
“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin dəniz işləri, mülki aviasiya, liman və turizm naziri Didier Dogley açıqlama verib. O bildirib ki, qadağa tezliklə qüvvəyə minəcək və gələn ilin sonuna qədər qüvvədə olacaq.
"Worldometer" saytına görə, Seyşel adalarında indiyədək 11 nəfər koronavirusa yoluxub, ölüm hadisəsi qeydə alınmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır