Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

“Ağıllı” konteyner daşıyan gəmilər

Hər biri 2.8 min TEU tutumlu “Yang Ming” şirkətinə məxsus 10 ədəd konteyner gəmisi “American Bureau of Shipping” (ABS), “DNV GL”, “Bureau Veritas” (BV) və “Classification Society” (CS) beynəlxalq təsnifat cəmiyyətləri tərəfindən “Smart Ship” notasiyası alıblar.  

"Seanews.az" xəbər verir ki, «YM Celebrity», «YM Continent», «YM Certainty», «YM Credibility» və «YM Continuity» gəmiləri “American Bureau of Shipping” (ABS) tərəfindən “Smart ship” notasiyası almış ilk 5 silsilə gəmilərdir. Bu gəmilər, gəminin struktur gücünü izləməyə və naviqasiya təhlükəsizliyini proqnozlaşdırmağa imkan verən “smart” virtual sistemlə və əsaslı məlumatların əldə edilməsi və ötürülməsi sistemi ilə təchiz edilib.

Digər üç konteyner daşıyan gəmi - «YM Centennial», «YM Capacity» и «YM Cooperation» - Tayvanda “DNV GL”-dən “Smart Ship” notasiyasıını alan ilk gəmilərdir. Bu gəmilər konteynerlərin yerləşdirilməsini nəzərə alaraq gəminin yüklənməsinin optimallaşdırılması ilə yanacaq sərfiyyatına qənaət edən qabaqcıl texnologiyalarla təchiz edilib. Bu texnologiyalar gəmilərin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq və tullantıları azaldacaq.

Bu seriyadan daha 2 gəmi - «YM Credential» и «YM Constancy» “Smart ship” (Machinery 1) notasiyasını alan ilk gəmilərdir. Bu gəmilər heyətin iştirakı olmadan avtomatlaşdırılmış qurğuların monitorinqi üçün vahid sistemlə, habelə mühərrik valının yoxlanılma həcmini azaltmaq üçün monitorinq cihazları ilə təchiz olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır