Nigeriyada piratlara qarşı uğurlu əməliyat keçirilib
Qərbi Afrika ölkəsi Nigeriyanın cənubunda quldurları tərəfindən əsir götürülən 15 nəfər xilas edilib.
Bu barədə Müdafiə Nazirliyinin sözçüsü John Enenche jurnalistlərə açıqlama verib.
Enenche bildirib ki, Bayelsa əyalətində ordu quldurlara qarşı əməliyyat keçirib. Əməliyyatda 15 nəfər xilas olunub, piratlara məxsus 5 sürət qayığı ələ keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır